Ölkə

​“Qalatasaray” 125 milyonluq təklif rədd etdi

“Qalatasaray”ın çempionluğunda böyük pay sahibi olan ulduz futbolçu Viktor Osimeni almaq üçün Avropa nəhəngləri növbəyə düzülüb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

İddialara görə, “Çelsi”, “Real Madrid”, “Mançester Yunayted”, PSJ və “Bayern Münhen” klublarından biri sarı-qırmızılı kluba nigeriyalı hücumçu üçün 125 milyon avroluq transfer təklifi göndərib. Lakin növbəti mövsümdə Avropada da böyük uğurlar hədəfləyən “Qalatasaray” rəhbərliyi bu nəhəng rəqəmi düşünmədən rədd edib.

Klubun ulduz futbolçunu bu məbləğə satmağı qətiyyən planlaşdırmadığı və transferə tamamilə qapını bağladığı vurğulanıb. Qeyd olunub ki, İstanbul təmsilçisi Osimenin transferi üçün yalnız 150 milyon avro kimi rekord bir rəqəm qarşılığında masaya oturmağa razıdır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button