AZERFAX TV
“Brent” markalı neft kəskin bahalaşdı

Londonun ICE birjasında 2026-cı ilin may ayında tədarük ediləcək “Brent” markalı neftin qiyməti təxminən 19% artıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bakı vaxtı ilə saat 02:15-ə olan məlumata görə, “Brent” markalı neftin bir barelinin qiyməti 111 dolları keçib və 2022-ci ilin iyulundan bəri ilk dəfə olaraq 111,4 dollar (+19,37%) səviyyəsində ticarət olunub. Saat 02:39-a qədər isə qiymət bir barel üçün 109,01 dollara qədər enib.
Hüseyn İbadlı



