AZERFAX TV
Qadın futbolçu oyun zamanı öldü

İngiltərədə “Oksford” və “Fulhem” qadın akademiyaları arasında keçirilən oyunda faciə baş verib.
AZERFAX.AZ xəbər veirr ki, 8 mart tarixində keçirilən görüş zamanı 15 yaşlı Ameliya Eplin huşunu itirib və ölüb.
“Oksford Yunayted”in bütün əməkdaşları Ameliyanın ailəsinə, dostlarına, komanda yoldaşlarına və məşqçilərinə dərin hüznlə başsağlığı verir.
Biz həmçinin “Oksford Yunayted”in və “Fulhem” futbol klubunun tibbi heyətinə, eləcə də təcili yardım xidmətlərinə minnətdarlığımızı bildiririk.
Klub Ameliyanın ailəsinə, oyunçulara, məşqçilərə və bu faciədən zərər görmüş əməkdaşlara dəstək göstərəcək. Bu inanılmaz çətin vaxtda xahiş olunur ki, ailənin şəxsi həyatına hörmət göstərilsin”, – deyə “Oksford” başsağlığı bəyanatı yayımlayıb.
Heybət



