ABŞ Rusiya neftinə qarşı sanksiyaları yumşaltdı

Birləşmiş Ştatlar Rusiyadan neft və neft məhsullarının satışını müvəqqəti olaraq sanksiyalardan kənarlaşdırıb.
AZERFAX.AZ xəbər verir ki, bu, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) baş lisenziyasında əks olunur.
Bu həftə ABŞ Prezidenti Donald Tramp dünya bazarında neft qiymətlərinin artması fonunda bir sıra ölkələrin energetika sektoruna qarşı sanksiyaların yumşaldıla biləcəyini istisna etməyib.
Vaşinqtonda Rusiya nefti də daxil olmaqla, mövcud məhdudiyyətlərin zəiflədilməsi imkanları müzakirə olunur.
Bu fonda Rusiya Prezidenti Vladimir Putin xatırladıb ki, Rusiya Yaxın Şərqdə vəziyyəti qeyri-sabitləşdirmək cəhdləri zamanı neft və qaz qiymətlərinin artacağı barədə dəfələrlə xəbərdarlıq edib. Eyni zamanda o, tərəfdaşlardan siqnal gələcəyi təqdirdə Avropaya neft və qaz tədarükünü artırmağa hazır olduğunu bəyan edib.
Hüseyn İbadlı



