ABŞ Yaxın Şərqə minlərlə dəniz piyadası göndərir

ABŞ hərbi rəhbərliyi Dəniz Qüvvələrinin və Dəniz Piyadaları Korpusunun əlavə bölmələrini Yaxın Şərqə göndərir.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrinə istinadən məlumat yayıb.
Hərbi idarənin üç nümayəndəsinin bildirdiyinə görə, Pentaqon Hörmüz boğazı akvatoriyasında İran hücumlarının artması fonunda Yaxın Şərqə dəniz piyadalarının əlavə kontingentini və döyüş gəmilərini göndərir.
Qoşunların göndərilməsi barədə qərar Pentaqon rəhbəri Pit Heqset ABŞ-ın Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığından daxil olan müvafiq sorğunu təsdiqlədikdən sonra qəbul edilib.
“USS Tripoli” universal desant gəmisi ona verilmiş dəniz piyada bölmələri ilə birgə Yaponiyadan Yaxın Şərq istiqamətində hərəkət edir. Adətən desant qrupu və ekspedisiya bölməsinə bir neçə gəmi və 5 000-ə qədər hərbçi daxil olur.
Mənbələr bildirib ki, dəniz piyada bölmələrinin bir hissəsi artıq regiondadır və İrana qarşı keçirilən əməliyyata cəlb olunub.



