AZERFAX TV

Bağdaddakı ABŞ səfirliyinə hücum edildi

İraqın paytaxtı Bağdadda yerləşən ABŞ səfirliyi hücuma məruz qalıb.

AZERFAX.AZ xəbər verir ki, “AFP” agentliyinə danışan rəsmi şəxs səfirliyin pilotsuz uçuş aparatı ilə vurulduğunu bildirib. Səfirliyin yaxınlığında güclü partlayış olub və hava hücumu siqnalları işə düşüb.

Səfirlik Bağdadın ciddi şəkildə qorunan Yaşıl Zona adlanan ərazisində yerləşir. Hadisədən sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Mümkün zərərçəkənlərlə bağlı məlumat verilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button