AZERFAX TV
Ançelotti Braziliya millisinin rəmzi heyətini qurdu: Görün kimlər var

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti maraqlı açıqlama verib.
AZERFAX.AZ xəbər verir ki, o, yığmanın müxtəlif dövrlərin futbolçularından ibarət rəmzi komandasını seçib.
“Didanı qapıya qoya bilərdim. Sağ müdafiədə Kafu, mərkəzdə Eder Militao və Tyaqo Silva, solda isə Marselo. Yarımmüdafiədə Kazemiro, Kaka… Başqasını unutmuş ola bilərəm. Sağ cinahda Rodriqo. Solda Vinisius. Və bundan əlavə, mənim hücumda bir çox seçimim var – Ronaldo, Rivaldo, Ronaldinyo… Çox seçim var”.
Ançelotti ötən yay “Real”dan ayrıldıqdan sonra Braziliya millisinin baş məşqçisi təyin olunub. Hazırda italiyalı mütəxəssis komandanı 2026-cı il dünya çempionatına hazırlayır.



