Ölkə
“Qızıl Top” həm Mbappeyə, həm, Yamala, həm də Keynə “verildi”


“Qızıl Top” mükafatı mərasiminin keçirilməsinə dəqiqələr qalmış “Qızıl Top” mükafatının rəsmi saytında texniki səhv səbəbindən qarışıqlıq yaranıb.
AZERFAX.AZ xəbər verir ki, saytda eyni vaxtda üç fərqli futbolçunun mükafatın qalibi olduğunu bildirən məqalələr dərc edilib. Yazılarda Kilian Mbappe, Lamin Yamal və Harri Keynin “Qızıl Top”u qazandığı qeyd olunub. Məqalələr qısa müddət sonra saytdan silinib. Hadisə sosial mediada müzakirələrə səbəb olub və mükafatın qalibinin kimliyi ilə bağlı suallar yaradıb.
Mətbuatda yayılan məlumata görə, yazılar mümkün qaliblər üçün əvvəlcədən hazırlanmış məqalələr olub və səhvən dərc edilib.



