Ukrayna Yaxın Şərqə qoşun yeridib?

Ukrayna Yaxın Şərqdə pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə aparmaq üçün 201 hərbi mütəxəssis göndərib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski özünün Telegram kanalında bildirib.
Onun sözlərinə görə, hərbi personal artıq Yaxın Şərq və Fars körfəzi bölgəsindədir və daha 34 mütəxəssis göndərilməyə hazırdır.
Zelenski əlavə edib ki, mütəxəssislər ABŞ və Kiyevin digər tərəfdaşlarının tələbi ilə dron müqaviləsi çərçivəsində göndərilib.
Ukrayna prezidenti əlavə edib ki, mütəxəssislər BƏƏ, Qətər, Səudiyyə Ərəbistanında yerləşir və Küveytə gedirlər.
Martın 14-də İranın Ukraynadakı müvəqqəti işlər vəkili Şəhriyar Amuzeqar bildirib ki, Zelenskinin Yaxın Şərq ölkələrini dəstəkləmək barədə sözləri Ukraynanı İranın düşmənləri ilə bir sıraya qoyur.
Hüseyn İbadlı



