AZERFAX TV
Çox adam düşünürdü ki, ona görə 100 milyon vermək dəlilikdir

“Bavariya”nın fəxri prezidenti Uli Höness Harri Keynin 2023-cü ildə 100 milyon + 10 milyon avroya “Tottenhem”dən transfer edilməsi haqda danışıb.
AZERFAX.AZ verir ki, Höeness “Kicker”ə verdiyi açıqlamada bildirib:
“Çox adam düşünürdü ki, ona görə 100 milyon vermək dəlilikdir. Yeri gəlmişkən, mən də belə düşünürdüm. Amma bu gün onu 150 milyona alardım. Harri Keyn qlobal bir fiqurdur, əla xarakterə malikdir və 18 yaşlı oyunçularımız üçün nümunədir. O, onları qanadı altına alır, topu necə vurmağı öyrədir və sair. Böyük ulduzlar həqiqətən böyük pullar qazanmalı, orta səviyyəli oyunçular isə bir az daha ucuz olmalıdırlar”.



