AZERFAX TV
İtkin düşən 9 nəfər tapıldı

Azərbaycanda ötən gün itkin düşmüş kimi axtarışda olan 9 nəfər tapılıb.
Bu barədə AZERFAX.AZ-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, martın 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.



