AZERFAX TV

Məhkəmə eks-spikerin 1,2 milyardını dövlətə verdi

Rusiyada diqqət çəkən məhkəmə işi olub.

AZERFAX.AZ “Gazeta”ya istinadən xəbər verir ki, Moskvanın Xamovniçeski Məhkəməsi prokurorluğun iddiasını təmin edərək İrkutsk Vilayət Qanunvericilik Məclisinin keçmiş sədri Viktor Kruqlovun əmlaklarını dövlətə təhvil verib.

Qeyd edilib ki, keçmiş spiker və onun qohumlarının Rusiya, xarici şirkətlərdəki səhmləri, qiymətli kağızları və bank hesablarının ümumi məbləği 1,2 milyard rubldan çox olub. Kruqlov 2013-cü ildən 2018-ci ilə qədər Rusiyanın regional parlamentinin üzvü olub, vitse-spiker vəzifəsini tutub və eyni zamanda “Sayansximplast” ASC-nin direktorlar şurasının sədri vəzifəsində çalışıb.

Tural

Related Articles

Bir cavab yazın

Back to top button