AZERFAX TV

Pezeşkian BRICS-ə çağırış etdi

İran Prezidenti Məsud Pezeşkian BRICS ölkələrini Yaxın Şərqdəki münaqişə ilə bağlı müstəqil mövqe tutmağa çağırıb.

AZERFAX.AZ xəbər verir ki, bu bəyanat Pezeşkianın Hindistanın Baş naziri Narendra Modi ilə görüşünün yekununda səsləndirilib.

“Hindistanın hazırda BRICS-ə sədrliyini nəzərə alaraq, Pezeşkian qrupu İrana qarşı təcavüzün dayandırılmasında, regional və beynəlxalq sülhün və sabitliyin təmin edilməsində müstəqil rol oynamağa çağırıb”, – deyə məlumatda bildirilir.

Bundan əlavə, İran prezidenti regionda sülh və sabitliyin qorunması ilə məşğul ola biləcək, Yaxın Şərq ölkələrindən ibarət bir təhlükəsizlik təşkilatının yaradılmasını təklif edib.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button