İdman

Bu gün Türkiyədə Derbi: “Qalatasaray” – “Fənərbağça”

Türkiyə Super Liqasının IX turu çərçivəsində son çempion “Qalatasaray” bu gün “Fənərbağça”nı qəbul edəcək.

AZERFAX.az xəbər verir ki, “RAMS Park”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

“Sarı-qırmızılılar” Super Liqada ev oyunlarında uzun müddətdir məğlub olmur. İstanbul təmsilçisi “RAMS Park”da sonuncu dəfə 2023-2024 mövsümünün 37-ci turunda “Fənərbağça”ya 0:1 hesabı ilə uduzub. Həmin qarşılaşmadan sonra meydana çıxdığı 39 oyunda məğlub olmayan “sarı-qırmızılılar” bu müddətdə 31 qələbə qazanıb, 8 dəfə heç-heçə edib.

“Qalatasaray” və “Fənərbağça” Türkiyə Super Liqası tarixində 139-cu dəfə üz-üzə gələcək. İndiyədək keçirilən qarşılaşmalarda “sarı-lacivərdlilər”in 53, “sarı-qırmızılılar”ın isə 39 qələbəsi var. Daha 46 oyun heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, hazırda 19 xalı olan “Qalatasaray” turnir cədvəlinin ikinci, 16 xala malik “Fənərbağça” isə üçüncü pilləsində qərarlaşıb.

Related Articles

Bir cavab yazın

Back to top button