İdman

“Qalatasaray” səfərdə “Lill”ə qalib gəldi – VİDEO İCMAL

UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsinin III turunda Fransanın “Lill” klubu Türkiyənin “Qalatasaray” komandasını qəbul edib.

AZERFAX.az xəbər verir ki, Vilnöv-daskda keçirilən qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun 1-ci dəqiqəsində Yunus Akgün hesabı açıb. “Lill” 8-ci və 39-cu dəqiqələrdə Soriba Diaunun qolları ilə önə keçib. 44-cü dəqiqədə Aleksey Batrakov hesabı bərabərləşdirib.

İkinci hissədə Lukas Torreyra (52) və Viktor Osimhen (61) fərqlənərək “Qalatasaray”a qələbə qazandırıblar.

Beləliklə, İstanbul təmsilçisi ilk 3 xalını qazanıb, “Lill” isə xalsız qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button