Kişilər bu qadınlara xüsusi diqqət göstərir


Numeroloqların iddiasına görə, qadınların doğulduğu gün onların xarakterinə, münasibətlərdəki davranışlarına və kişilərin onlara münasibətinə təsir göstərə bilər.
AZERFAX.AZ xəbər verir ki, aparılan numeroloji təhlildə kişilərin maddi dəstək göstərmək, qorumaq və xüsusi qayğı ilə əhatə etmək istədiyi qadınların doğum tarixləri açıqlanıb.
Ayın 5-i, 14-ü və 23-də doğulan qadınlar
Bu qadınlar təbii cazibələri, ünsiyyət bacarıqları və pozitiv enerjiləri ilə seçilirlər. İddiaya görə, kişilər onların yanında pul xərcləməkdən çəkinmir, hədiyyələr almaq və xoş sürprizlər etmək istəyirlər.
Ayın 3-ü, 12-si, 21-i və 30-da doğulan qadınla
Numeroloji yozuma əsasən, bu tarixlərdə doğulan qadınlar rahatlığı, lüks həyatı və diqqət mərkəzində olmağı sevirlər. Kişilər isə onların istəklərini yerinə yetirmək və daha yüksək həyat standartları təmin etmək üçün çalışırlar.
Ayın 8-i, 17-si və 26-da doğulan qadınlar
Güclü xarakterləri, müstəqillikləri və yüksək tələbləri ilə fərqləndikləri bildirilir. İddiaya görə, kişilər belə qadınların yanında daha uğurlu olmaq, karyerada yüksəlmək və maddi imkanlarını artırmaq istəyirlər.
Ayın 2-si, 11-i, 20-si və 29-da doğulan qadınlar
Bu qadınların həssas, qayğıkeş və zərif xarakterə malik olduqları iddia edilir. Numeroloqlar hesab edirlər ki, kişilərdə onları qorumaq, maddi və mənəvi dəstək göstərmək, həyatlarını asanlaşdırmaq istəyi yaranır.
Qeyd edək ki, bu fikirlər numeroloji inanclara əsaslanır və doğum tarixinin insanın xarakterini və ya münasibətlərdəki davranışını müəyyən etdiyinə dair elmi sübut yoxdur.



