İdman

Futbolçular içdikləri suyu niyə udmurlar

Futbolçuların oyun zamanı kənara yaxınlaşaraq içdikləri mayeni tüpürmələri bəzən müzakirəsiz ötüşmür. Məlum olub ki, bu davranışın arxasında yorğunluq hissini azaltmağa və performansı qorumağa yönəlmiş xüsusi üsul dayanır.

AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, Kriştiano Ronaldo, Harri Keyn və Kevin De Bruyne kimi ulduz futbolçuların da istifadə etdiyi bu üsul idman elmində “karbohidratla ağız yaxalama” adlanır.

Yüksək intensivlikli futbol matçlarında idmançılar uzun müddət fiziki güc sərf edirlər. Belə şəraitdə karbohidratla zəngin içkilərin qəbulu bəzi oyunçularda mədə narahatlığı, ürəkbulanma və ağırlıq hissi yaradır.

Bu səbəbdən bəzi futbolçular içkini udmaq əvəzinə bir neçə saniyə ağızlarında saxlayaraq yaxalayır, daha sonra isə tüpürürlər. Bunda məqsəd həzm sisteminə əlavə yük düşmədən mümkün performans faydasından yararlanmaqdır.

Bu metodun əsasını ağız boşluğundakı dad reseptorlarının karbohidratları qəbul etməsi və sinir sistemi vasitəsilə beyinə siqnallar ötürməsi təşkil edir. Həmin siqnallar orqanizmdə enerji mənbəyinin daxil olacağına dair reaksiya yaradir və yorğunluq hissinin azalmasına kömək edir.

Nəticədə idmançı özünü daha hazırlıqlı hiss edərək, xüsusilə matçın son dəqiqələrində diqqətini və fiziki fəaliyyətini qorumağa nail olur.

Related Articles

Bir cavab yazın

Back to top button