AZERFAX TV

Nəriman MLS-də debüt etdi, komandası uduzdu

Azərbaycan millisinin və ABŞ-nin “Kolambus Kryu” klubunun futbolçusu Nəriman Axundzadə bu gün MLS-də debüt edib.

AZERFAX.AZ xəbər verir ki, 21 yaşlı hücumçu müntəzəm mövsümün V turunun “Toronto” ilə səfər oyununda meydana çıxıb. Gənc forvard 88-ci dəqiqədə Andre Qomeşi əvəzləyib.

Qarşılaşma qonaq komandanın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, “Kolambus Kryu” klubuna qış fasiləsində “Qarabağ”dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.

xxx

23:36

Azərbaycan millisinin və ABŞ-nin “Kolambus Kryu” klubunun futbolçusu Nəriman Axundzadə bu gün MLS-də debüt edə bilər.

AZERFAX.AZ xəbər verir ki, 21 yaşlı futbolçunun adı müntəzəm mövsümün V turunun “Toronto” ilə oyununun iştirak ərizəsinə salınıb. Gənc forvard baş məşqçisi şans verəcəyi təqdirdə, matçın gedişində meydana daxil ola bilər.

Qeyd edək ki, “Kolambus Kryu” klubuna qış fasiləsində “Qarabağ”dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.

Related Articles

Bir cavab yazın

Back to top button