AZERFAX TV
Parisin yeni meri o oldu

Sosialist Emmanuel Qrequar martın 22-də keçirilən Paris meri seçkilərində qalib gəlib.
AZERFAX.AZ xəbər verir ki, o, seçicilərin 50,52 % səsini toplayaraq əsas rəqibi – Respublikaçıların namizədi Raşida Datini (41,5 % səs) geridə qoyub.
Bu, 2001-ci ildən bəri solçuların Parisdəki ən böyük qələbəsi hesab olunur. Yeni mer sosialistlərin Parisdə 25 illik hakimiyyətini davam etdirir.



