AZERFAX TV

Azərbaycanlılar qonşu ölkədən deportasiya olundu

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 105 xarici vətəndaşı ölkədən deportasiya edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə DİN-in sosial şəbəkə hesabında məlumat verilib.

Məlumata görə, Türkiyə, Hindistan, Çin, Rusiya, Türkmənistan, Azərbaycan, İordaniya, Mərakeş, Banqladeş, Myanma, Moldova, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Belarus, Misir, Livan, Nepal, Sudan və digər ölkələrdən olan 105 əcnəbi ölkədən çıxarılıb.

Cari ilin statistik məlumatlarına əsasən, Gürcüstandan 806 nəfər xarici ölkə vətəndaşı deportasiya edilib.

Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.

Related Articles

Bir cavab yazın

Back to top button