AZERFAX TV

İran ABŞ-ın təklifini qəbul etmədi

İran davam edən müharibəyə son qoymaq üçün Amerikanın təklifini rədd edərək, münaqişənin bitirməyin yalnız Tehranın müəyyən etdiyi şərtlər daxilində və müddət ərzində mümkün olduğunu bildirib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə İranın yüksək vəzifəli siyasi və təhlükəsizlik rəsmisi Press TV-yə müsahibəsində açıqlayıb.

Təklifin təfərrüatları ilə tanış olan şəxs İranın ABŞ Prezidenti Donald Trampa müharibənin bitmə vaxtını diktə etməsinə icazə verməyəcəyini vurğulayıb:

“İran müharibəni zəruri hesab etdiyi və şərtləri yerinə yetirildiyi zaman bitirəcək”.

Onun sözlərinə görə, Vaşinqton müxtəlif diplomatik kanallar vasitəsilə danışıqlar aparmağa çalışsa da, Tehran bu addımlara inanmır:

“Belə ki, 2025-ci ilin yaz və qış aylarında keçirilən əvvəlki iki danışıqlarda ABŞ-ın konstruktiv dialoq aparmaq üçün heç bir niyyəti olmayıb və sonradan İrana qarşı hərbi müdaxilə edib. Buna görə də, Tehran dost regional vasitəçilərlə təqdim edilən son təklifi gərginliyi artırmaq cəhdi kimi qiymətləndirib və mənfi cavab verib”.

Eyni zamanda adı açıqlanmayan rəsmi şəxs İranın hərbi əməliyyatları dayandırmağa razı olacağı 5 konkret şərti açıqlayıb:

1. ABŞ və İsrail tərəfindən təcavüz və qətlin tamamilə dayandırılması,

2. İrana yenidən müharibənin tətbiq edilməməsini təmin etmək üçün konkret mexanizmlərin yaradılması,

3. Müharibə zərərlərinin və təzminatlarının ödənilməsinin təmin edilməsi və aydın şəkildə müəyyən edilməsi,

4. Bölgədəki bütün cəbhələrdə və bütün müqavimət qrupları üçün müharibənin dayandırılması,

5. İranın Hörmüz boğazı üzərində nəzarəti həyata keçirmək suveren hüququnun beynəlxalq səviyyədə tanınması və təminatları.

“İran vasitəçilərə atəşkəsin yalnız bütün şərtlər qəbul edildikdə mümkün olduğunu bildirib. O vaxta qədər heç bir danışıqlar aparılmayacaq”, – deyə rəsmi şəxs vurğulayıb.

O əlavə edib ki, İranın müdafiə hərəkətləri bütün göstərilən şərtlər yerinə yetirilənə qədər davam edəcək:

“Müharibə Trampın bitdiyini gördüyü zaman deyil, İran qərar verəndə bitəcək”.

Related Articles

Bir cavab yazın

Back to top button