AZERFAX TV
Rusiya bu yaşayış məntəqəsini tutdu

Rusiya Silahlı Qüvvələri Xarkov istiqamətində irəliləyir.
AZERFAX.AZ xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Bildirilir ki, “Şimal” qoşun qruplaşmasının həyata keçirdiyi əməliyyatlar nəticəsində Xarkov vilayətinin Şevyakovka yaşayış məntəqəsi işğal edilib.
Qeyd edək ki, sözügedən qruplaşma ötən çərşənbə axşamı vilayətin digər strateji nöqtəsi olan Pesçanoye kəndinin də ələ keçirildiyini elan etmişdi.
Nazirlik rəsmiləri vurğulayıblar ki, bu, Ukrayna müdafiəsinin daxilinə doğru irəliləməyə şərait yaradır.
Adəm



