AZERFAX TV
Messi Laporta ilə barışacaq?

“İnter Mayami”nin hücumçusu Luis Suares komanda yoldaşı Lionel Messinin “Barselona”ya münasibətindən danışıb.
Uruqvaylı və argentinalı əvvəllər “Barsa”da birlikdə oynayıblar. Birincisi 2020-ci ildə, ikincisi isə bir il sonra klubdan ayrılıb və hər ikisinin ayrılması dostcasına baş tutmayıb.
AZERFAX.AZ xəbər verir ki, “Barca Universal” Suaresin sözlərini sitat gətirib:
“Leo Messi “Barselona”nın uğurundan məmnundur – o, həm də klubun azarkeşidir. Onun qayıdışı və Laporta ilə barışmasına gəlincə, bunu ona buraxmaq daha yaxşıdır. Bu, onun şəxsi işidir”.
Messinin Kataloniya klubunun prezidenti Joan Laporta ilə münaqişəsi hələ də həll olunmayıb. Laporta bu yaxınlarda yenidən “Barselona”nın prezidenti seçilib.



