AZERFAX TV

UEFA AVRO-2028-in biletlərini ucuzlaşdıracaq?

UEFA 2028-ci il Avropa çempionatı üçün “fan-first” (əvvəlcə fanat) adlandırılan qənaətcil strategiya tətbiq etməyi planlaşdırır.

AZERFAX.AZ xəbər verir ki, məqsəd yüksək səviyyəli futbolu azarkeşlər üçün daha əlçatan etməkdir.

“L’Equipe”-in məlumatına görə, UEFA turnirin bəzi oyunlarına biletləri 35 avrodan təklif etməyi planlaşdırır. Bu qiymətlə ümumi biletlərin təxminən 15 faizi satışa çıxarılacaq. Daha 25 faiz biletlərin isə təxminən 70 avro civarında olması nəzərdə tutulur.

Xatırladaq ki, Avro 2028 Böyük Britaniya və İrlandiyada keçiriləcək. İngiltərədə bilet qiymətlərinin yüksək olması isə böyük problem hesab edilir.

Related Articles

Bir cavab yazın

Back to top button