AZERFAX TV

Ulduz futbolçudan unikal rekord: Messi kimi…

“Los-Anceles”in vingeri Son Hın Min MLS-in müntəzəm çempionatında “Orlando Siti”yə qarşı keçirilən oyunda (6:0) möhtəşəm performans sərgiləyib.

AZERFAX.AZ xəbər verir ki, ulduz futbolçu assistlər üzrə poker edib. O, görüşün 20-ci və 39-cu dəqiqələri arasında dörd məhsuldar ötürmə verib.

Bu nəticə koreyalı oyunçunun liqa tarixinə düşməsinə imkan yaradıb. O, MLS tarixində bir hissədə bu göstəriciyə çatan cəmi ikinci futbolçu olub.

Bundan əvvəl oxşar nailiyyətə Lionel Messi imza atmışdı. O, 2024-cü ildə beş assist etmişdi. Lakin argentinalı bunu oyunun ikinci hissəsində reallaşdırmışdı. Beləliklə, Son Hın Min MLS tarixində ilk hissədə bu göstəriciyə çatan ilk futbolçu kimi unikal rekord müəyyənləşdirib.

Qeyd edək ki, 33 yaşlı koreyalı 2025-ci ilin yayında Tottenhemdən “Los-Anceles”ə transfer olunub. O, Amerika klubunda keçirdiyi 23 oyunda 13 qol vurub və 15 assist edib.

Related Articles

Bir cavab yazın

Back to top button