Hadisə

Gədəbəydə maşın aşdı – 1 nəfər xəsarət aldı.

Gədəbəydə avtomobil qəzası zamanı 1 nəfər xəsarət alıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə rayonun Novosaratovka kəndində qeydə alınıb. Aysel Xıdırova “Chevrolet” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə maşın yoldan çıxaraq aşıb. Qəza zamanı maşında sürücünün köməkçisi və azyaşlı övladı olub. Hadisə nəticəsində Aysel Xıdırova yüngül xəsarət alıb və hazırda müalicəsi ev şəraitində davam etdirilir. Qeyd edək ki, Aysel Xıdırova el şənliklərində davul ifaçısı kimi iştirak edir. Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button