Hadisə
İsmayıllıda avtomobil sexi yandı – FOTO


İsmayıllıda avtomobil sexi yanıb.
AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün axşam saat 22:00 radələrində rayonun Həsən bəy Zərdabi küçəsində qeydə alınıb.
Yanğın nəticəsində 1992-ci il təvəllüdlü Qurbanov Kamal Vüqar oğluna məxsus ümumi sahəsi 120 kv.m olan avtomobil sexi 80 kv.m sahədə yanıb.
Hadisə yerinə dərhal FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvələri və texnikası cəlb olunub. Baş vermiş yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.



