AZERFAX TV
Türkiyədə hərbi helikopter qəzaya uğradı

Türkiyənin paytaxtı Ankara şəhərində hərbi nəqliyyat helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Quru Qoşunlarının Aviasiya Komandanlığına aid “CH-47” nəqliyyat helikopteri təlim uçuşu zamanı hələlik məlum olmayan səbəbdən qəzaya uğrayıb.
“Şəxsi heyətimizdə hər hansı mənfi hal yoxdur. Qəzanın səbəbi aparılacaq ətraflı araşdırma nəticəsində müəyyən ediləcək”, – məlumatda vurğulanıb.



