AZERFAX TV

Ermənistanın Azərbaycan irsinə qarşı davam edən vandalizmi

Ermənistan Azərbaycan torpaqlarını 30 il ərzində təkcə işğal altında saxlamadı, həm də hər daşına, hər qayasına qarşı vandalizm törətdi. Torpaqlarımızın azad edilməsindən sonra bu vandalizm bütün çılpaqlığı ilə ortaya çıxdı. Şəhərlər, yaşayış məntəqələri Yer üzündən silinib, maddi, mədəni və dini irsimiz məhv edilib.

Azərbaycanlılara məxsus məzarlıqlar sistemli şəkildə ağır tikinti texnikası dağıdılıb, qəbir daşları zədələnib, insan qalıqlarının ekshumasiyası izləri aşkar edilib. Hətta azərbaycanlılara məxsus qəbirlərdə cəsədlərin qızıl dişləri çıxarılıb. İşğal dövründə ərazilərin genişmiqyaslı şəkildə minalanması yüzlərlə dini məkana girişi mümkünsüz vəziyyətə gətirib. Füzuli rayonunda XIX əsrə aid Hacı Ələkbər məscidi dağıdılıb və təhqir edilib, Ağdamdakı Cümə məscidinin mehrabı güllələnib, həmçinin, bu rayondakı bütün qəbiristanlıqlar təhqir və talan edilib, dağıdılıb. Dağıdılan dini abidələr arasında İmarət Qərvənd qəbiristanlığında XVIII əsrə aid müqəddəs məzarlar və şəhərdəki Şəhidlər xiyabanı da var. Məscidlər tövləyə çevrilib, donuz və ya inək saxlamaq üçün istifadə olunub.

İşğal dövründə Qarabağ və ətrafdakı 7 rayonun ərazisində Azərbaycanın 400-dən artıq tarixi-dini abidəsi məhv edilib. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Ermənistanın dağıtdığı qəbiristanlıqların sayı 900-dan çoxdur. Yuxarı və Aşağı Gövhər Ağa, Saatlı, Cümə, Ağoğlan, Gəncəsər məscidləri, Xudavəng monastrı erməniləşdirilib, tarixini məhv ediblər.

Bu faktlar ABŞ Dövlət Departamentinin 2021-ci ildə dünyada dini dözümlülüyün durumu haqqında dərc etdiyi hesabatında da öz əksini tapır. Hesabatda qeyd olunurdu ki, işğal dövründə Azərbaycanın yüzlərlə məscidi, ziyarətgahı, qəbiristanlığı talan edilib, dağıdılıb və təhqir olunub.

Azərbaycanın maddi-mədəni irsinə qarşı erməni vandalizmi təkcə işğal altındakı ərazilərdə yox, Ermənistan dövlətinin yerləşdiyi ərazilərdə də həyata keçirilib. İrəvanda yüzlərlə məscid və digər dini abidə mövcud olub, lakin onlardan bu günə yalnız Göy məscid qalıb, həmin məscid də İran tərəfindən “farslaşdırılıb”. Abbas Mirzə məscidi, Əxi Təvəkkül zaviyəsi, Ərgəz məscidi, Dəmirbulaq məsidi, Xudabəndə məscidi, Hacı Cəfər bəy məscidi, Novruzəli bəy məscidi, Rəcəb Paşa məscidi, Sərdar məscidi, Şah Abbas məscidi, Şükürbəyli məscidi, Təpəbaşı məscidi, Zalhan məscidi, Aşıq Ələsgərin qəbrüstü abidəsi, İrəvan qalası, Pir Hüseyin türbəsi və yüzlərlə digər dini, mədəni abidələr darmadağın edilib. Azərbaycanın tarixi irsindən əsər-əlamət qalmayıb, ya dağıdılıb, ya da erməniləşdirilib.

Erməni abidələri kimi təqdim olunan məbədlər isə Alban tarixinin nümunələridir. Misal üçün, Ağoğlan, Amaras, Xatiravang, Qandzasar və Xudavəng monastırları erməniləşdirilib.

Ermənistan tərəfindən Azərbaycana qarşı vandalizm tarix boyu davam edib. Əsas məqsəd Azərbaycan xalqının tarixi izlərini silmək, ərazi iddialarını əsaslandırmaq üçün uydurma tarix düzəltmək olub. Bu siyasət işğal dövründə Qarabağda və ətrafı bölgələrdə 30 ilə yaxın davam etdirildi. Azərbaycan torpaqlarını azad etdikdən sonra vandalizmə son qoyuldu. Bu gün Ermənistanın yerləşdiyi tarixi Azərbaycan torpaqlarında tarixi irsimizə xalqı vandalizm hələ də davam edir. Ermənilərin paytaxt kimi istifadə etdiyi İrəvan şəhərini məhv edilən mədəniyyətin nümunəsi adılandırmaq olar, çünki şəhərdə Azərbaycan xalqının izlərinin silinməsi məqsədilə böyük saxtakarlıqlar həyata keçirilib.

Ermənistanın Azərbaycan tarixinə, maddi-mədəni irsinə qarşı törətdiyi və bu gün də davam edən vandalizmi təkcə fiziki dağıntı deyil, həm də mənəvi təhqirdir. Dünya bu fakt qarşısında susmamalıdır.

Asif


Related Articles

Bir cavab yazın

Back to top button