AZERFAX TV

Tanınmış teleaparıcı vəfat etdi

Rusiyanın Birinci Kanalında yayımlanan “İnsan və Qanun” (Человек и закон) proqramının aparıcısı olmuş Aleksey Pimanov 64 yaşında vəfat edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Birinci Kanalın yaydığı rəsmi məlumatda bildirilir:

“Aleksey Pimanovun ürəyi dözmədi. Kollektivimiz üçün əvəzolunmaz itkidir. Onun yaxınlarına və ailəsinə dərin hüznlə başsağlığı veririk”.

Pimanov tamaşaçılara daha çox 1996-cı ildən bəri rəhbərlik etdiyi “İnsan və Qanun” verilişi ilə tanış idi. Bununla yanaşı, o, “Sağlam yaşamaq” (Жить здорово), “Kreml-9”, “Kumirlər”, “Ordu mağazası” (Армейский магазин), “Əsrin sirləri” (Тайны века) kimi bir çox populyar layihələrin prodüseri olub.

Yaradıcılıq fəaliyyəti ərzində ssenarist və rejissor kimi 100-dən çox sənədli və bir neçə bədii film ərsəyə gətirən Pimanov, həmçinin “Krasnaya Zvezda” mediaholdinqinin rəhbəri və Rusiya Federasiyasının Əməkdar artisti fəxri adının sahibi idi.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button