AZERFAX TV
27 yaşlı model qayınanası tərəfindən öldürüldü

Meksikada model və gözəllik müsabiqəsi iştirakçısı Karolina Flores Qomes silahlı hücum nəticəsində həyatını itirib.
AZERFAX.AZ xəbər verir ki, 27 yaşlı Karolina Flores Qomez Mexiko şəhərinin ən eksklüziv məhəllələrindən biri olan Polankoda lüks bir mənzildə güllələnib.
İstintaq çərçivəsində ən diqqətçəkən məqam şübhəlinin ailə üzvlərindən biri olması ehtimalıdır. Yerli mənbələrdə xüsusilə qayınananın adı hallandırılır.
Prokurorlar daha sonra qayınananın işdə əsas şübhəli olduğunu açıqlayıblar.
İddialara görə, qadın hadisə zamanı evdə oğlu və partnyoru Alejandro ilə birlikdə olub.
İstintaq davam edir.(milli.az)




