AZERFAX TV
ABŞ-dan İrana qarşı kriptovalyuta həmləsi: 344 milyon dollar dəyərində…

Amerika Birləşmiş Ştatları İranla əlaqəli 344 milyon dollar dəyərində kriptovalyuta cüzdanlarını dondurur.
AZERFAX.AZ xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent açıqlayıb.
Bessentin sözlərinə görə, Tehranın pul vəsaitlərini yaratmaq, köçürmək və geri qaytarmaq imkanından məhrum edilməsi üçün tədbirlər davam etdiriləcək.
O qeyd edib ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İranla əlaqəli çoxsaylı elektron cüzdanlara qarşı sanksiyalar tətbiq edir. Bu isə 344 milyon dollar dəyərində kriptovalyutanın dondurulmasına gətirib çıxarıb.



