AZERFAX TV

“Real” azarkeşləri oyunçulara hiddətləndilər

“Real Madrid” azarkeşləri komandanın La Liqadakı son uğursuzluğundan sonra narazılıqlarını gizlətməyiblər.

AZERFAX.AZ xəbər verir ki, cümə günü “Real” son dəqiqələrdə (1-1) qol buraxaraq “Betis”i məğlub edə bilməyib.

“El Chiringuito” portalının verdiyi məlumata görə, matçdan sonra bəzi azarkeşlər oyunçuları açıq şəkildə tənqid ediblər: “Ayıb olsun! Utanmırsınız? Üzünüzü göstərin!” – deyə qışqırıblar.

“Real Madrid” mövsümün bitməsinə beş tur qalmış çempionluq şansını demək olar ki, itirib: onlar turnir cədvəlinə liderlik edən “Barselona”dan səkkiz xal geridədirlər, katalonların isə ehtiyatda bir oyunu var.

Related Articles

Bir cavab yazın

Back to top button