Braziliya prezidentindən Portuqaliyaya DÇ-2026 xəbərdarlığı

Braziliya prezidenti Luis İnasio Lula da Silva Portuqaliyanın Baş naziri Luis Monteneqro ilə görüşündə milli komandanın 2026-cı il dünya çempionatında çıxışı ilə bağlı gözləntilərini bölüşüb.
AZERFAX.AZ xəbər verir ki, Braziliyalı lider, DÇ-1966 ilə müqayisə aparıb:
“Bu il Dünya Kuboku ili olduğu üçün vacibdir. Bu, mənə 1966-cı il Dünya Kubokunu xatırlatdı. O zaman Portuqaliyada əfsanəvi oyunçu Eysebio, Braziliyada isə Pele də daxil olmaqla bir neçə əfsanəvi futbolçu var idi və Portuqaliya Braziliyanı turnirdən kənarlaşdırmağı bacardı.
Ümid edirəm ki, 2026-cı ildə ABŞ-da Portuqaliya ölkələrimiz arasında harmoniyanın qorunması kursunu nəzərə alacaq və Kriştiano Ronaldo və komandası Vinisius Junior və Braziliya millisini məğlub etməyə çalışmayacaq”.
Buna cavab olaraq Monteneqro qeyd edib: “Biz bunu finalda edə bilərik”.
Lula da Silva buna cavab olaraq əlavə edib: “Bu, ölkələrimiz arasında dönməz münaqişəyə səbəb ola bilər”.
Dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində keçiriləcək.



