AZERFAX TV

ABŞ İrandan yeni təklif alıb

Amerika lideri Donald Tramp iddia edib ki, danışıqların iştirakçılarının Pakistana səfəri ləğv edildikdən sonra ABŞ İrandan yeni təklif alıb.

AZERFAX.AZ TASS-a istinadla məlumat verir ki, bu barədə Tramp Florida ştatının Palm Biç şəhərindən Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, danışıqlarda İranın Amerika tərəfinə təklifi “daha yaxşı olmalı idi”. “Maraqlısı odur ki, mən onu (danışıqların tərəfdarlarının səfərini) ləğv etdikdən dərhal sonra 10 dəqiqə ərzində yeni sənədlər aldıq və onlar daha yaxşıdır”, – deyə ABŞ Prezidenti bildirib.

O, həmçinin İranın “nüvə silahına sahib olmamalı” fikrini təkrarlayıb və danışıqlarda ABŞ-ın “bütün kartları əlində saxladığı”nı bir daha qeyd edib.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button