AZERFAX TV
İtaliya futbolunda növbəti qalmaqal
İtaliyalı Hakimlər Komitəsinin sədri Canluka Rokki onun fəaliyyəti ilə bağlı aparılan araşdırma fonunda istefa verib.
AZERFAX.AZ xəbər verir ki, Rokki maliyyə maxinasiyalarında və VAR hakimlərin qarşı təzyiqlərdə şübhəli bilinir.
Məsələ yalnız onunla məhdudlaşmır. İtaliya futbolunun yüksək liqasında VAR-da çalışan hakimlərdən biri də şübhə altına düşüb. Bu barədə “pianetamilan.it” məlumat yayıb.
Qalmaqalın miqyası hətta 2006-cı ildə baş vermiş məşhur “Kalçopoli” hadisəsini də kölgədə qoya bilər. Həmin qalmaqal nəticəsində Turin “Yuventus”u A Seriyasından aşağı liqaya göndərilmişdi.
Hazırda A Seriyasında 34-cü turun oyunları keçirilir.



