Blokada bombardmandan daha təsirlidir – Tramp

İran ABŞ-ın nüvə proqramı ilə bağlı narahatlıqlarını aradan qaldıran anlaşmaya razı olana qədər dəniz blokadası altında qalacaq.
AZERFAX.AZ xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Axios”a müsahibəsində deyib.
O, çərşənbə axşamı gecəsi üçün hələ heç bir hücum əmri vermədiyini açıqlayıb.
“Blokada bombardmandan daha çox təsirli olur. Bu, onlar üçün daha pis olacaq. Onların nüvə silahı ola bilməz”, – deyə Tramp əlavə edib.
Trampın sözlərinə görə, İran blokadanı aradan qaldırmaq üçün razılığa gəlmək istəyir:
“Onlar barışmaq istəyirlər, blokadanı saxlamağımı istəmirlər. Blokadanı qaldırmaq istəmirəm, çünki onların nüvə silahına sahib olmasını istəmirəm”.
Ağ Ev rəhbəri vurğulayıb ki, İranın neft anbarları və boru kəmərləri partlamağa yaxındır, çünki İran blokada səbəbindən neft ixrac edə bilmir.



