AZERFAX TV

“Neftçi” “Qarabağ”a qalib gəldi, “Sabah” çempion oldu

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci turdan təxirə salınmış bir oyun keçirilib.

AZERFAX.AZ xəbər verir ki, “Neftçi” “Qarabağ”ı qəbul edib. Qarşılaşma “ağ-qaralar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu məğlubiyyət sayəsində isə Ağdam klubu çempionluq şansını itirib. Buna səbəb sona 4 tur qalmış “Qarabağ”la “Sabah” arasında xal fərqinin 13-ə yüksəlməsi olub. Bununla “bayquşlar” tarixində ilk dəfə Azərbaycan çempionu olub.

Qeyd edək ki, “Neftçi” “Qarabağ”a sonuncu dəfə 2021-ci ilin mayında qalib gəlmişdi.

Azərbaycan Premyer Liqası, 21-ci turdan təxirə salınmış oyun:

“Neftçi” – “Qarabağ” – 2:1

Tarix: 30 aprel

Qollar: Emil Səfərov, 55. Bassala Sambu, 90+2 – Emil Bədəlov, 85-avtoqol

Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Müslüm Əliyev, Rəşad Əhmədov

Məkan: “Neftçi Arena”.

Heybət Məmmədov

Related Articles

Bir cavab yazın

Back to top button