AZERFAX TV

“Qiyamət radiosu” yeni sirli söz yayımladı

“Qiyamət günü radiosu” kimi tanınan UVB-76 radiostansiyası cümə axşamı növbəti sirli ismarışını yayımlayıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “UVB-76 loqi” “Telegram” kanalı məlumat yayıb.

Moskva vaxtı ilə saat 18:58-də radiostansiyanın efirində “НЖТИ 93020 СЕКСОФАЙ 6745 7133” kodu səslənib. Bundan əvvəl, aprelin 25-də həmin radio “быкочерт” sözünü ötürmüşdü.

UVB-76 – 1970-ci illərdə yaradılmış hərbi radiostansiyadır. O, əsasən qısa və kəsik-kəsik vızıltı siqnalı yayımladığı üçün qeyri-rəsmi olaraq “Vızıltı” adını alıb. Bəzi məlumatlara görə, bu stansiya Soyuq müharibənin qızğın vaxtında SSRİ-də yaradılmış xüsusi sistemin hissəsidir və ehtimal olunur ki, Rusiya tərəfindən hələ də istifadə edilir.

Ötən həftə ərzində radiostansiya bir neçə dəfə efirə çıxıb. Aprelin 19-da “пелевизатор” sözü və “2304 2304” rəqəmlərindən ibarət şifrəli mesaj, aprelin 20-də isə “принуждение” və “рюшосбой” sözləri eşidilib.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button