AZERFAX TV

Tramp gizli silahdan danışdı: “Ətrafa vızıltı səsi yayır”

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə “The Discombobulator” adlı məxfi Amerika silahı barədə danışıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.

Onun sözlərinə görə, bu silah Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi zamanı tətbiq edilib.

Tramp bildirib ki, “The Discombobulator” işə düşərkən ətrafa vızıltı səsi yayır.

Ağ Evdəki brifinq zamanı Tramp insanların yuxarıdan gələn qəribə bir vızıltı səsi eşitdiklərini izah edib. O, həmçinin əlavə edib ki, bu vasitədən istifadə etməyə çalışanlar (ehtimal ki, qarşı tərəfin qüvvələri) düymələrə bassalar da, heç bir nəticə alınmayıb.

Qeyd edək ki, Tramp daha əvvəl də bu qeyri-adi silahın Maduronun qaçırılması zamanı istifadə edildiyini söyləmişdi. Silahın adını ABŞ prezidenti özü qoyub.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button