AZERFAX TV

İsrail İranı əks zərbələrlə HƏDƏLƏDİ

“İranla gərginlik fonunda Fars körfəzində İsrailə hücum edilərsə, hərbçilər güc tətbiq etməyə hazırdır”.

AZERFAX.AZ “Times of Israel”ə istinadla xəbər veirr ki, bunu İsrail Müdafiə Ordusunun (İDF) Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir deyib.

O, İsrail Hərbi Hava Qüvvələrinin komandanlığının təhvil verilməsi mərasimi zamanı qeyd edib ki, onların qüvvələri bütün sahələrdə yerləşdirilib, döyüş əməliyyatları aparır və yaxın, eləcə də uzaq məsafədən gələ biləcək hər hansı ssenari üçün dərhal hazır vəziyyətdədir.

O vurğulayıb ki, İDF özünün bütün sistemlərinin yüksək dərəcəli hazırlığını qoruyub saxlayır.

Baş Qərargah rəisinin sözlərinə görə, hərbçilər Fars körfəzindəki hadisələrin inkişafını diqqətlə izləyir və İsrailə zərər vermək istənilən cəhdə qarşı güc tətbiq etməyə hazırdırlar.

Related Articles

Bir cavab yazın

Back to top button