AZERFAX TV

Amerika esminesi Fars körfəzinə girdi

ABŞ-ın raket esminesi – “USS Rafael Peralta” “Azadlıq layihəsi” çərçivəsində Hörmüz boğazını keçərək Fars körfəzi akvatoriyasına daxil olub.

AZERFAX.AZ xəbər verir k, bu barədə “CBS News” telekanalı məlumat yayıb.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) digər iki esminesin – “USS Truxtun” və “USS Mason” gəmilərinin Hörmüz boğazından keçid zamanı İran tərəfindən hücuma məruz qaldığını bildirmişdi.

Mənbələrin məlumatına görə, esmineslər Hörmüz boğazından qərbdə yerləşir və növbəti göstərişləri gözləyirlər. Onlar boğazdan keçən kommersiya gəmilərini qorumaq üçün döyüş gəmiləri, aviasiya və hava hücumundan müdafiə vasitələrini əhatə edən çoxsəviyyəli müdafiə sistemində istifadə olunacaqlar.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button