AZERFAX TV
Viktoriya Bekhem oğlunun ittihamlarına cavab verdi: Öz imperiyasını qurmağını istəyirik

Əfsanəvi futbolçu Devid Bekhemin həyat yoldaşı, dizayner Viktoriya Bekhem böyük oğlu Bruklinin ittihamlarına cavab evrib.
AZERFAX.AZ xəbər verir ki, o, bu barədə “YouTube”da yayımlanan verilişdə danışıb.
Bekhem oğluna təzyiq göstərmədiyini söyləyib.
“Mən ona heç vaxt təzyiq göstərməmişəm. Biz həmişə uşaqları mümkün qədər qorumağa çalışmışıq və həmişə çox yaxın olmuşuq. Nəticə etibarilə, biz sadəcə uşaqların çalışqan olmasını və öz şəxsi layihələri ilə öz imperiyalarını qurmalarını istəyirik”, – Bekhem deyib.
Qeyd edək ki, daha öncə Bruklin valideynlərini onun həyatını həddindən artıq nəzarətdə saxlamaqda günahlandırmışdı.
Ləman



