ŞOK: Ana 2 yaşlı körpəsinə tatu vurdurdu

ABŞ-da gənc ana 2 yaşlı oğluna döymə (tatu) vurduğu üçün polis tərəfindən saxlanılıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Bildirilir ki, hadisə Bruk MakDeniel adlı qadının uşağın qoluna qara nöqtə şəklində tatu vurmasından sonra üzə çıxıb.
Məlumata görə, hüquq-mühafizə orqanlarına uşağa qarşı qəddar rəftar barədə şikayət daxil olub. Araşdırma zamanı balaca oğlanın sağ qolunda təzə vurulmuş və ətrafı qızarmış tatu izi aşkar edilib.
Həbs sənədlərində qeyd olunur ki, ana uşağın bunu “özü istədiyini” iddia edib.
Şahidlərin sözlərinə görə, qadın uşağın bunu “öz istəyi ilə” etdiyini deyərək hərəkətinə bəraət qazandırmağa çalışıb. Lakin polisin evə baxışı zamanı başqa dəhşətli faktlar da üzə çıxıb. Belə ki, ailənin yaşadığı evdə antisanitariya və “dəhşətli” həyat şəraiti qeydə alınıb. Bruk MakDeniel uşaqla qəddar rəftarda ittiham olunaraq dairə həbsxanasına yerləşdirilib.
O, 5000 dollar girov qarşılığında istintaq dövrü üçün azadlığa buraxıla bilər.
Müəllif: Adəm



