AZERFAX TV
Bu da yadplanetlilərin kosmik gəmisi

Pentaqon uçan naməlum obyektlərlə (NLO) bağlı ilkin olaraq 162 sənəd yayıb və hər bir neçə həftədən bir yeni sənədlər dərc edəcəyini bəyan edib.
AZERFAX.AZ xəbər verir ki, bu gün Pentaqonun saytında onlarla foto, video və mətn sənədləri yerləşdirilib.
Qeyd edilib ki, Müharibə Nazirliyi yeni materialları aşkarlandıqca və məxfilikdən çıxarıldıqca müntəzəm əsasda dərc edəcək, sənədlər paketləri bir neçə həftədən bir yerləşdiriləcək.
Hazırda yayılan sənədlərdə “Apollo 17” missiyasının arxiv şəkilləri, 2025-2026-cı illərə aid hərbi müşahidələr və bir neçə həll olunmamış hadisə daxildir. 2024-ci ilə məxsus fotolardan birində görünən yadplanetlilərin “kosmik gəmisi” xüsusilə diqqət çəkib.



