Rusiya səfiri Macarıstan XİN-ə çağırıldı

Rusiyanın Budapeştdəki səfiri Macarıstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar bildirib.
Bu addım Rusiya Silahlı Qüvvələrinin Ukraynanın qərbinə zərbəsindən sonra atılıb.
“Macarıstan hökuməti Zakarpatiyadakı pilotsuz təyyarə hücumunu qətiyyətlə pisləyir. Macarıstanın xarici işlər naziri Anita Orban Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb”, – Madyar qeyd edib.
Bundan əvvəl Ukrayna lideri Volodimir Zelenski bildirib ki, Rusiya 800-dən çox pilotsuz təyyarədən istifadə edərək ölkəsinə ən uzunmüddətli hava hücumlarından birini həyata keçirib.



