AZERFAX TV

DÇ-2026-nın dörddəbir finalında qarşılaşa bilərlər

Bukmekerlər argentinalı hücumçu Lionel Messi və portuqaliyalı hücumçu Kriştiano Ronaldonun 2026-cı il dünya çempionatında bir-birinə qarşı oynamaq şanslarını qiymətləndiriblər.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Bookmaker Ratings” məlumat yayıb.

Bildirilir ki, Portuqaliya və Argentina müvafiq olaraq J və K qruplarında birinci yeri tutub 1/8 finala vəsiqə qazanarsa, 2026-cı il Dünya Kubokunun dörddəbir finalında qarşılaşa bilərlər. Bu ssenari 2.55 əmsalla təklif olunur. Bukmeykerlər hər iki komandanı qrup mərhələsinin favoritləri hesab edirlər, Argentina 1.33, Portuqaliya isə 1.50 əmsalla çıxış edir.

ÜQeyd olunur ki, Messi və Ronaldonun bir-biri ilə qarşılaşmama ehtimalı da yüksəkdir. Argentina və Portuqaliyanın turnirdə qarşılaşmama ehtimalı 1.45-dir.

Müəllif: Valeh

Related Articles

Bir cavab yazın

Back to top button