AZERFAX TV
Bu ölkələr finala keçdi – SİYAHI

Vyananın “Wiener Stadthalle” arenasında keçirilən ikinci yarımfinal gecəsi gərgin keçən mübarizənin ardından yekunlaşıb.
AZERFAX.AZ xəbər verir ki, səsvermə nəticəsində daha 10 ölkə adını finala yazdıraraq “Böyük Beşlik” və ev sahibi Avstriyaya qoşulub.
İkinci Yarımfinalın Qalibləri (Finalçılar):
Münsiflər və tamaşaçıların rəğbətini qazanaraq finala vəsiqə qazanan ölkələr təsadüfi ardıcıllıqla belə elan edilib:
- Bolqarıstan (Dara – “Bangaranga”)
- Ukrayna (LELÉKA – “Ridnym”)
- Norveç (JONAS LOVV – “Ya Ya Ya”)
- Avstraliya (Delta Goodrem – “Eclipse”)
- Rumıniya (Alexandra Căpitănescu – “Choke Me”)
- Malta (AIDAN – “Bella”)
- Kipr (Antigoni – “Jalla”)
- Albaniya (Alis – “Nân”)
- Danimarka (Søren Torpegaard Lund – “Før vi går hjem”)
- Çexiya (Daniel Zizka – “Crossroads”)
Təəssüflə qeyd etməliyik ki, Azərbaycan təmsilçisi bu mərhələni keçə bilməyib.
Hüseyn İbadlı



