AZERFAX TV

Film çəkilişində Vardi ilə elə zarafat etdilər ki…

“Kremoneze”nin hücumçusu Ceymi Vardi “Netflix” üçün çəkilən sənədli filmdə maraqlı və gülməli epizodun qəhrəmanına çevrilib.

AZERFAX.AZ xəbər verir ki, filmdə ingilis futbolçu “Lester Siti” ilə qazandığı əfsanəvi İngiltərə Premyer Liqası çempionluğunu xatırlayıb. Söhbət zamanı Vardi pivə içmək istəyib və kadraxası komandadan ona butulka ilə açacaq uzatmağı xahiş edib.

Lakin aksesuar futbolçunun əlinə keçəndə onun kifayət qədər təxribatçı dizayna malik olduğu məlum olub. Ceymi gülümsəməsini gizlətməyib və kameralar qarşısında sakit şəkildə butulkanı açıb.

Bu maraqlı an qısa müddətdə sosial şəbəkələrdə yayılıb və azarkeşlər arasında çoxsaylı zarafatlara səbəb olub.

39 yaşlı hücumçu 2025-ci ilin sentyabrında “Kremoneze”yə bir illik müqavilə ilə qoşulmuşdu. Müqavilədə uzatma bəndi olsa da, klubun A Seriyasıdan düşməsindən sonra onun gələcəyi hələ də qeyri-müəyyəndir. Vardi cari mövsümdə 27 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

Related Articles

Bir cavab yazın

Back to top button