İdman

Oyun zamanı məşhur futbolçunun şortu belə düşdü

İngiltərə Premyer Liqasının 37-ci turunun “Arsenal” – “Bernli” matçında maraqlı hadisə yaşanıb.

AZERFAX.AZ xəbər verir ki, qonaqların müdafiəçisi Aksel Tuanzebe “topçular”ın futbolçusu Pyero İnkapyeni dayandırmağa çalışarkən onu öz cərimə meydançasında yerə yıxıb. Mübarizə zamanı müdafiəçinin butsu rəqibin formasına ilişib. Nəticədə İnkapyenin oyun şortu tamamilə aşağı çəkilib.

Buna baxmayaraq, matçın baş hakimi “Bernli”nin qapısına penalti təyin etməyib.

Qarşılaşma londonluların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Kay Haverts vurub.

AZERFAX.AZ

Related Articles

Bir cavab yazın

Back to top button